EN

Masallı və Lənkəranda kəndləri su basdı

Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Masallı və Lənkəranın bəzi kəndlərində yağış suları fəsadlar törədib.

Oxu.Az-ın məlumatına görə, Masallı rayonunun Mollaoba, Təklə, Bala Kolatan, Lənkəranın isə Separadi, Zövlə, Cil, Gəgiran kəndlərində həyətləri, əkin sahələrini su basıb. Yaşayış məntəqələrindəki su kanalları lil ilə dolduğundan güclü yağışlardan sonra həyətlər su altında qalıb.

Hazırda yağışın fəsadlarının aradan qaldırılması üçün aidiyyəti qurumlar tərəfindən tədbirlər görülür.

Samir Əli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
145
1
oxu.az

2Sources