EN

Endirimdə sifariş verdi, amma qiymət iki dəfə artırıldı

"Karaca" mağazası sifarişimi qəbul etsə də, sonradan qiyməti iki dəfə artırdı.

Bu sözləri Bakıda fəaliyyət göstərən "Karaca" mağazasından narazılıq edən vətəndaş Publika.az-a müraciətində bildirib.

Şikayətçinin sözlərinə görə, dekabrın 28-də “Karaca” mağazası ilə əlaqə saxlayaraq endirim kampaniyası çərçivəsində 99 manata təklif olunan qazan dəstini sifariş edib.

O bildirib ki, mağaza sifarişi rəsmi şəkildə qəbul edib və məhsulun qısa müddətdə çatdırılacağını vəd edib. Lakin sifarişdən sonra məhsul müxtəlif bəhanələrlə gecikdirilib. Şikayətçi qeyd edir ki, hər dəfə mağaza tərəfindən “tezliklə göndəriləcək” cavabı verilsə də, faktiki çatdırılma həyata keçirilməyib.

Chosen
60
publika.az

1Sources