EN

Altsheymer xəstəliyinin diaqnostikasında yeni üsul - TƏDQİQAT

Yazını böyüt
Yazını kiçilt

Altsheymer xəstəliyinin diaqnostikasında yeni və daha sadə üsul kimi barmaqdan götürülən qan testi üzrə beynəlxalq tədqiqat aparılır.

Hafta.az BBC-yə istinadla xəbər verir ki, beynəlxalq klinik sınaq çərçivəsində barmaqdan götürülən kiçik həcmdə qan nümunəsinin Altsheymer xəstəliyinin aşkarlanmasına kömək edib-etməyəcəyi araşdırılır.

Tədqiqat Böyük Britaniya, Amerika Birləşmiş Ştatları və Kanadada yaşı 60-dan yuxarı olan 1000 könüllünü əhatə edir və xəstəliklə əlaqəli biomarkerlərin müəyyən edilməsini hədəfləyir.

Bildirilib ki, araşdırma Altsheymer xəstəliyi ilə əlaqəli olduğu müəyyən edilmiş üç zülalın - qan əsaslı biomarkerlərin mövcudluğunu öyrənir. Bu zülalların səviyyəsini və konsentrasiyasını analiz edilərək şəxsin Altsheymer xəstəliyinə tutulma riskinin olub-olmaması barədə məlumat əldə etmək mümkündür.

Araşdırmalar göstərir ki, amiloid və tau adlanan anormal zülallar Altsheymer xəstəliyinin ən geniş yayılmış forması olan demensiyanın simptomları meydana çıxmazdan təxminən 15 il əvvəl insan beynində toplanmağa başlaya bilər. Bu isə yeni testin erkən diaqnostika baxımından mühüm əhəmiyyət daşıdığını göstərir.

Chosen
31
1
hafta.az

2Sources