EN

Xarici prodüserlər Azərbaycanda film istehsalına cəlb ediləcək – Yeni qanun

Xarici prodüserləri Azərbaycan ərazisində film istehsalına cəlb etmək üçün təşviqedici tədbirlər həyata keçiriləcək.

KONKRET.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Kinematoqrafiya haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, xarici prodüserləri Azərbaycan ərazisində film istehsalına cəlb etmək məqsədilə filmlərin istehsalı üçün çəkilmiş xərclər qismən geri ödəniləcək.

Belə ki, xarici və birgə istehsal filmlərinin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada və şərtlərlə həyata keçiriləcək.

Chosen
79
10
konkret.az

10Sources