EN

Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə neft ixracı azalıb

Bakı. Trend:

2025-ci ildə Bakı-Tbilisi-Ceyhan (BTC) ilə nəql olunan tranzitneftinin həcmi 27,179 milyon ton təşkil edib.

Trend bubarədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu, 2024-cü ildəki göstərici ilə müqayisədə 2,3milyon ton və ya 7,8% azdır.

Belə ki, 2024-cü ildə BTC ilə 29,471 milyon ton neft nəqledilmişdi.

Dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 84,8 faizini vəya 23,057 milyon tonunu Azərbaycanda hasil edilən neft, 15,2faizini və ya 4122,3 min tonunu isə Türkmənistan və Qazaxıstandandaxil olan neft təşkil edib.

Ümumilikdə, ötən il magistral neft kəmərləri ilə 36,306 milyonton neft nəql edilib ki, bu da illik müqayisədə 2,4 milyon ton vəya 6,3% azdır. Nəqletmənin 74,9 faizi Bakı-Tbilisi-Ceyhan neftixrac kəməri ilə həyata keçirilmiş və il ərzində bu kəmərvasitəsilə 27179,2 min ton neft ötürülüb.

Qeyd edək ki, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin ümumi uzunluğu1768 km təşkil edir, 443 km Azərbaycan ərazisindən, 249 kmGürcüstan ərazisindən, 1076 km isə Türkiyə ərazisindən keçir. Borukəmərinin inşası 2003-cü ilin aprel ayında başladılıb, 2005-ci ilmayın 18-də boru kəmərinə neft yüklənib.

2002-ci ilin avqust ayında layihənin icrası üçün təsis edilmişBTC Co. şirkətində pay bölgüsü aşağıdakı kimidir: bp (30,1 faiz),AzBTC (25 faiz), MOL (8,9 faiz), Equinor (8,71 faiz), ТРАО (6,53faiz), Eni (5 faiz), Total (5 faiz), Itochu (3,4 faiz), Inpex (2,5faiz), ExxonMobil (2,5 faiz) və ONGC (2,36 faiz).

Chosen
117
az.trend.az

1Sources