EN

Oğuzda qanunsuz ağac kəsimi: təbiətə 6 min manatdan artıq maddi ziyan vuruldu

Oğuz rayonunun Padar kəndində qovaq növündən olan ağacların kəsilməsi və təbiətə 6 min manatdan artıq maddi ziyan vurulması ilə bağlı istintaq araşdırmaları aparılır.

Day.Az Trend-ə istinadən bildirir ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə ağacları kəsməkdə şübhəli bilinən 51 yaşlı İlkin Mustafayev saxlanılıb.

Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Chosen
59
24
day.az

10Sources