AZ

Oğuzda qanunsuz ağac kəsiminə görə cinayət işi başlanılıb

Oğuz rayonunun Padar kəndində qovaq növündən olan ağacların qanunsuz kəsilməsi nəticəsində təbiətə 6 min manatdan artıq maddi ziyan vurulması faktı üzrə istintaq araşdırmaları aparılır.

Ekologiya.az bildirir ki, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə ağacları kəsməkdə şübhəli bilinən 51 yaşlı İlkin Mustafayev saxlanılıb.

Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Təbiət hamımızın ortaq sərvətidir. Onu qorumaq hər birimizin borcudur.


Seçilən
57
24
ekologiya.az

10Mənbələr