EN

Növbəti TOEFL iBT imtahanı keçiriləcək

Bakı, 19 yanvar, AZƏRTAC

Yanvarın 21-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50) TOEFL iBT imtahanı keçiriləcək.

DİM-dən AZƏRTAC-a bildirilib ki, iştirakçılar imtahanın başlanmasına bir saat qalmış tələb olunan sənədlərlə (şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu) imtahan binasının önündə olmalıdırlar.

İmtahan saat 09:00-da başlanır.

TOEFL iBT imtahanında iştirak etmək üçün 15 və daha aşağı yaş qrupuna aid olan uşaqlar imtahan binasına valideynləri ilə birlikdə gəlməlidirlər.

TOEFL iBT imtahanı haqqında daha ətraflı məlumatla DİM-in səhifəsindən tanış olmaq mümkündür.

Chosen
54
12
azertag.az

10Sources