Dövlət İmtahan Mərkəzi (DİM) yanvarın 17-də TOEFL iBT imtahanı keçirəcək.Bu barədə DİM-dən bildirilib. İmtahan DİM-in elektron imtahanlar korpusunda (ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50) təşkil olunacaq.İştirakçılar göstərilən sənədlərlə (şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu) imtahan başlamazdan ən azı bir saat əvvəl təyin olunmuş binada olmalıdırlar.İmtahan saat 09:00-da başlanır.TOEFL iBT imtahanında iştirak etmək üçün 15 və daha aşağı yaş qrupuna aid olan uşaqlar imtahan binasına valideynləri ilə birlikdə gəlməlidirlər.İmtahan haqqında daha ətraflı məlumatla DİM-in səhifəsindən tanış olmaq mümkündür.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta


