EN

Superkompüter açıqladı: Premyer Liqada çempion bu komanda olacaq

"Opta" superkompüteri Premyer Liqa çempionluğu uğrunda komandaların şanslarını qiymətləndirib.

Publika.az xəbər verir ki, aşkar favorit "Arsenal" hesab olunur. Mikel Artetanın rəhbərlik etdiyi komandanın cari mövsümdə çempion olma ehtimalı 89,62% qiymətləndirilir.

Reytinqdə ikinci sırada "Mançester Siti" qərarlaşıb. Pep Qvardiolanın komandası üçün titul qazanma şansı cəmi 6,91%-dir. Çempionluğa üçüncü namizəd "Aston Villa"dır - 3,36%.

Çempionluq şansı qalan son 2 komanda isə "Liverpul" (0,07%) və "Çelsi"dir (0,04%).

Chosen
90
publika.az

1Sources