"Opta" superkompüteri Premyer Liqa çempionluğu uğrunda komandaların şanslarını qiymətləndirib.
Publika.az xəbər verir ki, aşkar favorit "Arsenal" hesab olunur. Mikel Artetanın rəhbərlik etdiyi komandanın cari mövsümdə çempion olma ehtimalı 89,62% qiymətləndirilir.
Reytinqdə ikinci sırada "Mançester Siti" qərarlaşıb. Pep Qvardiolanın komandası üçün titul qazanma şansı cəmi 6,91%-dir. Çempionluğa üçüncü namizəd "Aston Villa"dır - 3,36%.
Çempionluq şansı qalan son 2 komanda isə "Liverpul" (0,07%) və "Çelsi"dir (0,04%).