EN

Ötən ilin on bir ayında Azərbaycanda 88 mindən çox körpə doğulub  

Ötən ilin on bir ayı ərzində Azərbaycan Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 88 min 135 doğulan körpə qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin açıqladığı statistik məlumatda qeyd olunub.

Bildirilib ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 10,1-dən 9,4-ə düşüb. Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,1, qız uşaqlarının xüsusi çəkisi isə 46,9 faiz olub. Körpələrdən 2 min 930-u əkiz, 93-ü isə üçəm doğulub.

Ötən ilin yanvar-noyabr ayları ərzində ölkədə 54 min 582 ölüm halı qeydə alınıb və 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə həmin göstərici 5,7-dən 5,8-ə qədər artıb.

Chosen
45
17
azerbaijan-news.az

10Sources