EN

İcra başçısı 20 Yanvar şəhidlərinin ailələri və əlillərlə görüş keçirdi - FOTOLAR

19 yanvar 2026-cı il tarixdə Qaradağ Rayon İcra Hakimiyyətində 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş 20 Yanvar şəhidi ailələri və əlillərlə görüş keçirilib. 

"Unikal" xəbər verir ki, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov, şöbə müdirləri, 20 Yanvar şəhidi ailələri, 20 Yanvar faciəsinin əlilləri iştirak edib. 

Tədbir 20 Yanvar faciəsində həlak olanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. 

20 Yanvar hadisələrinin xalqımızın milli mənliyinə, milli azadlıq ruhuna qarşı təcavüz kimi qiymətləndirən Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov Azərbaycan xalqının öz qürurunu itirmədiyini, onun iradəsinin qırılmadığını bildirdi. Xalqımızın qan yaddaşına silinməz faciə olaraq yazılmış 20 Yanvarı milli matəm, hüzn günü kimi qeyd etdiyimizə baxmayaraq eyni zamanda xalqımızın tarixində bir qəhrəmanlıq səhifəsidir. SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi bu qanlı cinayəti xalqımızı daha da birləşdirərək, millətin yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bəyan etdi. Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan tarixində Qanlı Yanvar faciəsi kimi yadda qalan 1990-cı ilin 20 Yanvar hadisələrinin səbəbləri və nəticələri daha dəqiq araşdırılaraq 1994-cü ildə 20 Yanvar faciəsinin hərbi təcavüz və cinayət olduğu sübut edilmiş və tam siyasi-hüquqi qiymətini almışdır.

Daha sonra çıxışını davam edərək bildirdi ki, 44 günlük Vətən Müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuz torpaqlarımızı işğaldan azad etdi, ölkəmizin ərazi bütövlüyü təmin olundu. Arzu edirik ki, bundan sonra xalqımız, dövlətimiz Zəfər günlərini qeyd etsin.

Tədbirdə 20 Yanvar faciəsinin şəhid Rzayev Azad Allahverdi oğlunun qızı Rzayeva Azadə və 20 Yanvar faciəsinin ikinci qrup əlili İbrahimli Bafadar çıxış etdilər. O müdhiş gecənin canlı şahidi kimi xalqımıza qarşı törədilən qırğınlardan və baş verən hadisələrdən danışıldı.

Rayon rəhbərliyi 20 Yanvar faciəsi əlillərinin və şəhid ailəsinin problemləri ilə maraqlandı, onları narahat edən məsələlərə aydınlıq gətirdi.

Tədbirin yekununda 20 Yanvar şəhid ailəsinə, faciə iştirakçılarına və dünyasını dəyişən iştirakçıların ailə üzvlərinə rayon icra hakimiyyəti tərəfindən humanitar yardım göstərildi.

 

Chosen
94
50
unikal.az

10Sources