EN

Rusiya və ABŞ arasında kritik görüş olacaq

Rusiya prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev Dünya İqtisadi Forumunda (DİF) iştirak etmək üçün İsveçrənin Davos şəhərinə səfər edəcək.

KONKRET.az xəbər verir ki, bu barədə Reuters agentliyi mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Dmitriyevin forum çərçivəsində ABŞ nümayəndə heyətinin üzvləri ilə bir sıra görüşlər keçirməsi nəzərdə tutulur.

Dünya İqtisadi Forumu 19–23 yanvar tarixlərində baş tutacaq. Tədbirdə dünya ölkələrinin siyasi və biznes elitasının nümayəndələri iştirak edərək beynəlxalq təhlükəsizlik, qlobal iqtisadiyyat, eləcə də süni intellektlə bağlı aktual məsələləri müzakirə edəcəklər.

Bu il forumun əsas mövzusu “Dialoq ruhu” olaraq elan edilib. Forum çərçivəsində qlobal çağırışlar fonunda dialoq və əməkdaşlığın gücləndirilməsi yollarının müzakirəsi nəzərdə tutulur.

Müşviq Tofiqoğlu
KONKRET.az

Chosen
95
1
konkret.az

2Sources