EN

Suriya ordusu bütün cəbhə üzrə irəliləyir VİDEO

ain.az bildirir, Azvision saytına əsaslanaraq.

AzVision.az xəbər verir ki, Suriya ordusunun hücumunun digər ərazisi Fəratı çayının şərqində və Rakkanın şimalında yerləşən Ayn-İsa dərəsi olub. Bu sektorda fəaliyyət göstərən qüvvələr Ayn əl-Ərəb bölgəsinin cənub rayonlarını da döyüşmədən nəzarətə götürüb. Üçüncü xəttə - Rakkanın mərkəzindən Tel Abyad-Rəsulayna doğru irəliləyiş də döyüşsüz tamamlanıb. YPG/SDQ qruplaşmasına qarşı Suriya ordusunun yanvarın 15-i axşam saatlarında başlatdığı əməliyyat zamanı Mənbic bəndi ərazisində ara-sıra şiddətli döyüşlər getsə də, mövqelərdə heç bir dəyişiklik baş verməyib. “YPG/SDQ-nin hökumət strukturlarına inteqrasiyası üçün atəşkəs razılaşması çərçivəsində Suriyanın şimal-şərqində, kürd əhalisinin kompakt şəkildə yaşadığı Cəzirə bölgəsinə qoşun yeritməyə başlanılıb”, - Suriya ordusunun bəyanatında bildirilir.

Ərdoğan: “Suriya terrorçulardan təmizlənməlidir”

Bəyanatda bu addımın regional təhlükəsizliyin təmin edilməsinə yönəldiyi vurğulanıb. Suriyanın “Əl-İxbariya” telekanalının məlumatıan görə, qoşunların yerləşdirilməsi regionda vəziyyətin sabitləşdirilməsi prosesinin bir hissəsidir. Xatırladaq ki, bundan əvvəl Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şaraa ilə telefon danışıqında terrorçularla mübarizədə Ankaranın Dəməşqə dəstəyini davam etdirəcəyini vurğulayıb.

pic.twitter.com/mkHnIlK7sR

— Newsfeed (@Newsfeed883920) January 19, 2026

Sahil İsgəndərov

AzVision.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
77
azvision.az

1Sources