EN

NATO Baş katibinin müavinin Azərbaycana səfər tarixi açıqlanıb

NATO Baş katibinin müavini Radmila Şekerinska yanvarın 21-də Azərbaycana səfər edəcək.

APA xəbər verir ki, bu barədə NATO-nun rəsmi səhifəsində məlumat verilib.

Bildirilib ki, Baş katibin müavini Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Milli Məclisin sədri Sahibə Qafarova və Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovla görüşəcək.

Şekerinska, həmçinin beyin mərkəzlərinin nümayəndələri və NATO ölkələrinin səfirləri ilə də görüşəcək.

Chosen
61
8
apa.az

10Sources