EN

Sabah 10 müntəzəm marşrut avtobusunun hərəkəti alternativ küçələrlə təşkil ediləcək

Bakı, 19 yanvar, AZƏRTAC

20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Parlament prospekti ilə kəsişən, birləşən küçələrdə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunacaq.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, məhdudiyyət səbəbindən 3, 6, 10, 18, 31, 39, 53, 77, 96 və 205 nömrəli müntəzəm marşrutların hərəkəti alternativ küçələrlə təşkil ediləcək.

Chosen
149
20
azertag.az

10Sources