“Əlli beş uşaq yaralanıb və xəstəxanaya yerləşdirilib. Onlardan təxminən dörd aylıq iki körpənin vəziyyəti kritik qiymətləndirilir və onlar reanimasiyaya yerləşdirilib”. Ynet portalının məlumatına görə, polis özəl uşaq bağçasında istilik cihazından təhlükəli kimyəvi maddənin sızması şübhəsi ilə araşdırma aparır. Hadisənin səbəbləri hələ dəqiqləşdirilməyib və təhlükəsizlik tədbirləri gücləndirilib.