Azərbaycan hakimiyyəti tərəfindən dörd erməniəsilli şəxsin Ermənistana təhvil verilməsini alqışlayırıq.BUTA.TV xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyi bəyanat yayıb. “2026-cı il yanvarın 14-də baş tutan bu təhvil-təslim 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş sammitdə Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində formalaşan dinamikanın konkret nəticəsidir. Sülh Müqaviləsinin imzalanması və ratifikasiyası bu prosesi tamamlamağa imkan verəcək”, - bəyanatda vurğulanıb.