AZ

Fransa Azərbaycanı alqışladı

Fransa Azərbaycan hakimiyyəti tərəfindən dörd erməniəsilli şəxsin Ermənistana təhvil verilməsini alqışlayır.

 

Modern.az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, 2026-cı il yanvarın 14-də baş tutan bu təhvil-təslim 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş sammitdə Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində formalaşan dinamikanın konkret nəticəsidir.

 

Qeyd edilib ki, Sülh Müqaviləsinin imzalanması və ratifikasiyası bu prosesi tamamlamağa imkan verəcək.

Seçilən
25
9
modern.az

10Mənbələr