EN

Azərbaycan və ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması müzakirə olundu

Bakı. Trend:

19 yanvar 2026-cı il tarixində Azərbaycan Respublikasının xariciişlər naziri Ceyhun Bayramov ilə ABŞ dövlət katibi Marko Rubioarasında telefon danışığı aparılıb.

Trend xəbər verir ki, bubarədə XİN məlumat yayıb.

Telefon danışığı zamanı Azərbaycanla ABŞ arasında ikitərəfliəməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, eləcə dəregional vəziyyət və Azərbaycan-Ermənistan normallaşma prosesimüzakirə edilib.

8 avqust Vaşinqton Sülh Sammitindən sonra Strateji TərəfdaşlıqXartiyasının hazırlanması istiqamətində ikitərəfli təmaslar vəmüzakirələr yüksək qiymətləndirilib və tərəflər layihənin qısamüddət ərzində razılaşdırılaraq imzalanacağına ümidvar olduqlarınıbildiriblər. Bu istiqamətdə müəyyən ediləcək prioritetlərin ikiölkə arasında münasibətlərə əlavə təkan verəcəyi vurğulanıb.

Nazir Ceyhun Bayramov, öz növbəsində Azərbaycan-Ermənistannormallaşma və sülh prosesi üzrə perspektivlər barədə ölkəmizinmövqeyini qarşı tərəfin diqqətinə çatdırıb. Azərbaycanla Ermənistanarasında normallaşma prosesi çərçivəsində atılan addımlar, etimadquruculuğu tədbirləri təqdir olunub. “Beynəlxalq Sülh və Rifahnaminə Tramp Marşrutunun” (TRIPP) icrası üzrə görülən işlərinəhəmiyyəti vurğulanıb.

Nazirlər bununla yanaşı digər məsələlər barədə fikir mübadiləsiaparıblar.

Məqalədə:
Chosen
38
44
az.trend.az

10Sources