EN

Salyanda ağır qəza: ölü və yaralı var

Salyan rayonu ərazisində yük maşını və minik avtomobilinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə bu gün saat 17 radələrində Ələt-Astara avtomobil yolunun Salyan şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Hadisə zamanı bir nəfər ölüb, bir nəfər xəsarət alıb. Yaralı Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Chosen
152
5
bakivaxti.az

6Sources