EN

FİFA milli komandaların yeni siyahısını açıqladı

style='margin-bottom:10px;'>

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

QOL.az xəbər verir ki, siyahıda maraqlı dəyişikliklər baş verib. Ev sahibi olduğu Afrika Millətlər Kubokunun finalında məğlub olmasına baxmayaraq Mərakeş millisi 3 pillə irəliləyərək 11-ci yerdən 8-ci sıraya yüksəlib və ilk onluğa daxil olub.

Siyahıya İspaniya millisi başçılıq edir. İlk 10-luqda digər yerləri müvafiq olaraq Argentina, Fransa, İngiltərə, Braziliya, Portuqaliya, Niderland, Mərakeş, Belçika və Almaniya tutur.

Xorvatiya yığması mövqeyini itirərək 11-ci sıraya geriləyib. Afrika çempionu Seneqal millisi isə 7 pilləlik sıçrayışla 12-ci yerə yüksəlib. 127-ci pillədə yer alan Azərbaycan yığmasının mövqeyi isə dəyişməz olaraq qalıb.

Qeyd edək ki, FİFA reytinq cədvəlini növbəti dəfə aprelin 1-də yeniləyəcək.

Chosen
123
5
teleqraf.com

7Sources