Yazını böyüt
Yazını kiçilt
FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.
Hafta.az xəbər verir ki, siyahıda maraqlı dəyişikliklər baş verib.
Afrika Millətlər Kubokuna ev sahibliyi edən Mərakeş millisi finalda məğlub olmasına baxmayaraq 3 pillə irəliləyərək 11-ci yerdən 8-ci sıraya yüksəlib. Afrika çempionu Seneqal millisi isə 7 pilləlik sıçrayışla 12-ci yerə yüksəlib.
Siyahıya İspaniya millisi başçılıq edir. 127-ci pillədə yer alan Azərbaycan yığmasının mövqeyi isə dəyişməz olaraq qalıb.