EN

Prezident Davosda “DP World” şirkətlər qrupunun sədri və icraçı direktoru ilə görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 19-da Davosda dünyanın ən böyük liman operatorlarından biri olan "DP World" şirkətlər qrupunun sədri və icraçı direktoru Sultan Əhməd bin Sulaim ilə görüşüb.

"Yeni Sabah" xəbər verir ki, görüşdə "DP World" şirkətinin Azərbaycanda uğurlu fəaliyyəti məmnunluqla qeyd edildi.

Ölkəmizin mühüm beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşdiyi vurğulanaraq, son dövrlərdə Azərbaycanda müasir nəqliyyat infrastrukturunun qurulması istiqamətində icra edilən layihələrdən bəhs olundu. Bu xüsusda "DP World" şirkəti ilə əməkdaşlığın genişləndirilməsinin potensialının olduğu vurğulandı.


Telegram kanalımız
Chosen
109
37
yenisabah.az

10Sources