EN

Kriştianu Ronaldo “Yuventus”a qarşı məhkəməni qazandı » AzadMedia.az


Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldo İtaliyanın “Yuventus” klubuna qarşı maaşın ödənilməməsi ilə bağlı məhkəmə prosesində qalib gəlib. Bu barədə La Gazzetta dello Sport nəşri məlumat yayıb.
Turin məhkəməsi “Yuventus”un apellyasiya şikayətini rədd edərək klubun Ronaldoya 9,7 milyon avro ödəməsi barədə əvvəlki qərarı qüvvədə saxlayıb.
Məhkəmə iddiası koronavirus pandemiyası dövründə bağlanmış və klubun futbolçuya məxsus maaşın bir hissəsinin ödənişini təxirə salmasına imkan verən gizli razılaşmaya əsaslanıb. Həmin sənədə görə, “Yuventus” Ronaldoya 9,8 milyon avro borclu olub. Futbolçu ilkin mərhələdə təxminən 19,9 milyon avro tələb etsə də, 2024-cü ildə arbitraj məhkəməsi iddianı qismən təmin edib.
Qeyd edək ki, Kriştianu Ronaldo milli komandalar, Avropa çempionatları və Çempionlar Liqası tarixinin ən məhsuldar bombardiridir. O, rəsmi matçlarda 900 qol həddini aşan ilk futbolçudur. Portuqaliyalı ulduzun aktivində Çempionlar Liqasında 5 qələbə, Avro-2016-nın qızıl medalı və UEFA Millətlər Liqasında iki çempionluq var.
Ronaldo, həmçinin, 2006–2022-ci illər arasında ardıcıl beş dünya çempionatında qol vuran yeganə futbolçu olaraq qalır. Cari seçmə mərhələ onun üçün yeddinci mundial olacaq və Portuqaliya yığması artıq turnirə vəsiqəni təmin edib.
Chosen
26
2
azadmedia.az

10Sources