EN

YPG Şam danışıqlarını pozdu, Şaara orduya əmr verdi - SON DƏQİQƏ

PKK/YPG terror təşkilatı martın 10-da imzalanmış razılaşmaya əməl etməyib, onlara təqdim olunan “masa” variantına yanaşmamışdı. Bu inkişafdan sonra Suriya ordusu Fərat çayının qərbində, təşkilatın işğalı altında olan əraziləri “hərbi zona” elan edərək əməliyyatlara başlayıb. Bir neçə gün ərzində Suriya ordusu təşkilatın nəzarətində olan əraziləri geri alıb, əməliyyat qarşısında aciz qalan təşkilat isə yenidən danışıqlar masasına qayıdıb.

YPG/SDG-nin nəzarətində olan bölgələrdə baş verən xalq hərəkatları ilə bağlı açıqlama verən Suriya Prezidenti Əhməd Şara bildirib ki, “şərq bölgələrindəki ərəb tayfalarımızı sakitliyə çağırır, SDG ilə imzalanmış razılaşmanın maddələrinin mərhələli şəkildə icrasına imkan yaradılmasını istəyirik. Son hədəfimiz ölkədə tam sabitliyin təmin olunmasıdır.”

Şara eyni zamanda suriyalı kürdlərə konstitusion təminat verən 8 maddəlik bəyannaməni də imzalayıb.

Şamda yeni görüş nəticə verməyib

Baş verənlər fonunda təşkilatın başçısı Ferhat Abdi Şahin bu gün Şamda Şara administrasiyası ilə görüş keçirib.

AzNews.az Türkiyənin "Yeni Şəfəq" nəşrinə istinadən xəbər verir ki, “atəşkəs” və “inteqrasiya” mövzularında aparılan danışıqlar uğursuzluqla nəticələnib.

Təşkilat üzvü Foza Yusuf Şamda keçirilən görüşlə bağlı bildirib:

“Yoldaşlarımız hələ yoldadır. Ancaq görüş mənfi nəticələnib. Çünki Şam ‘hər şeyi təhvil verəcəksiniz və vəziyyət 2011-ci ildən əvvəlki dövrə qayıdacaq’ deyir. Onlar heç bir formada mövcudluğumuzu qəbul etməyə hazır deyillər.”

Chosen
82
aznews.az

1Sources