EN

"Çelsi"nin müdafiəçisi ilə iki Premyer Liqa klubu maraqlanır

“Çelsi”nin müdafiəçisi Aksel Disasi İngiltərə Premyer Liqasında başqa kluba keçə bilər.  

90deqiqe.Az-ın məlumatına görə, fransalı futbolçunun transferində “Vulverhempton” və “Kristal Pelas” klubları ön plandadır. London təmsilçisi oyunçunu 23–26 milyon avro qarşılığında satmağa hazırdır. Bundan əlavə, “Çelsi” məcburi satınalma şərti ilə icarə variantını da nəzərdən keçirə bilər ki, bu da potensial alıcılar üçün daha çevik imkan yaradır.

Qeyd edək ki, Aksel Disasi 2023-cü ildə “Monako”dan “Çelsi”yə 45 milyon avro qarşılığında transfer olunub. Onun “zadəganlar”la müqaviləsi 2029-cu ilin 30 iyununa qədər qüvvədədir. “Transfermarkt” portalı müdafiəçinin bazar dəyərini 15 milyon avro olaraq qiymətləndirir.

Chosen
19
90deqiqe.az

1Sources