EN

Britaniya müdafiə naziri Danimarkaya səfər edəcək

ain.az, Axar.az portalına istinadən məlumat verir.

Böyük Britaniyanın müdafiə naziri Con Hili ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı iddiaları fonunda yanvarın 21-də Danimarkaya səfər edəcək.

Axar.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın daxili işlər naziri İvett Kuper parlamentin İcmalar Palatasında çıxışı zamanı məlumat verib.

Onun sözlərinə görə, London Arktika bölgəsində təhlükəsizlik məsələləri üzrə çoxtərəfli əməkdaşlığın gücləndirilməsinin tərəfdarıdır. Kuper bildirib ki, yanvarın 19-da Londonda Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussenlə danışıqlar aparıb və görüşdə əsas müzakirə mövzusu Qrenlandiya olub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
157
1
axar.az

2Sources