EN

BDYPİ sürücülərə müraciət etdi - Sürüşmə ehtimalı çox yüksəkdir

Bakı. Trend:

Hazırda paytaxtda və digər şəhər və rayonlarda yol hərəkətiiştirakçıları üçün əlverişsiz hava və yol şəraiti müşahidə olunur.Mövcud vəziyyət yol hərəkətinin təhlükəsizliyinə birbaşa təsirgöstərir və hər kəsdən daha yüksək diqqət və məsuliyyət tələbedir.

Trend xəbərverir bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin hərəkətiştirakçıların amüraciətində qeyd olunub.

Bildirilib ki, hazırkı hava şəraiti ilə əlaqədar olaraq yolörtüyündə sürüşmə ehtimalı çox yüksəkdir. Bəzi ərazilərdə, xüsusiləqar yağan yol sahələrində sürüşkənlik daha da artır ki, bu danəqliyyat vasitələrinin idarə olunmasını çətinləşdirir və qəzariskini yüksəldir.

"Bu səbəbdən sürücülərdən xahiş edirik ki, hərəkət zamanı sondərəcə ehtiyatlı olsunlar, öndə hərəkət edən nəqliyyat vasitəsi ilətəhlükəsiz ara məsafəsini qorusunlar, sürət həddinə ciddi şəkildəriayət etsinlər, qəfil manevrlərdən çəkin­sinlər və yol hərəkətiqaydalarına tam əməl etsinlər.

Eyni zamanda piyadalardan da xahiş edirik ki, yolları yalnızmüəyyən edilmiş keçidlərdən keçsinlər, sürüşkən yol örtüyünü nəzərəalsınlar, nəqliyyat vasitələrinin yaxınlaşmasına xüsusi diqqətyetirsinlər və öz təhlükəsizliklərini daim ön plandasaxlasınlar.

Bir daha bütün yol hərəkəti iştirakçılarını ayıq-sayıq olmağa,diqqətli davranmağa və qarşılıqlı anlayış nümayiş etdirməyəçağırırıq. Yalnız yol hərəkəti qaydalarına riayət etməklə vəehtiyatlı olmaqla mümkün risklərin qarşısını almaq mümkündür", -deyə müraciətdə qeyd olunub.

Məqalədə:
Chosen
112
26
az.trend.az

10Sources