EN

Rays sürücülük hüququnu itirdi

Deklan Rays başına iş açıb. O, yol hərəkəti qaydalarını pozub.

"Football-plus.az" xəbər verir ki, “Arsenal”ın yarımmüdafiəçisi sürət həddini aşdığına görə 6 ay müddətinə sürücülük hüququndan məhrum olunub.

“Daily Mail” nəşrinin məlumatına görə, futbolçu bir həftə ərzində iki dəfə sürət həddi qaydasını pozarkən yaxalanıb. İlk belə hadisə yanvarın 3-də baş verib. Rays Londonun cənub-qərbində, Serri qraflığında yerləşən malikanəsinin yaxınlığındakı şossedə icazə verilən 48 km/saat sürət həddi olan zonada avtomobili 60 km/saat sürətlə idarə edib. Beş gün sonra - yanvarın 8-də isə eyni yolda bu dəfə 64 km/saat məhdudiyyət olan ərazidə 79 km/saat sürətlə hərəkət edərkən saxlanılıb.

Nəticədə Deklan yarım il müddətinə sürücülük hüququndan məhrum olunub və ona 2185 funt sterlinq məbləğində cərimə də kəsilib.

Chosen
36
3
football-plus.az

8Sources