EN

Qızıl yenə bahalaşdı

Bakivaxti portalından verilən məlumata əsasən, ain.az bildirir.

Yanvarın 20-də qızılın birja qiyməti 2 %-dən çox artaraq tarixdə ilk dəfə bir troya unsiyası üçün 4 700 ABŞ dolları səviyyəsini ötüb.

Bakıvaxtı.az xəbər verir ki, Nyu-York "Comex" birjasında fevral ayı üçün qızıl fyuçerslərinin qiyməti əvvəlki bağlanışa nisbətən 108,71 ABŞ dolları və ya 2,37 % artaraq bir troya unsiyası üçün 4 704,11 ABŞ dollarına yüksəlib.

Eyni zamanda, mart ayı üçün gümüş fyuçerslərinin qiyməti 6,23 % artaraq bir unsiya üçün 94,052 ABŞ dolları təşkil edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
102
16
bakivaxti.az

10Sources