Qızılın qiyməti 1%-dən çox artaraq tarixdə ilk dəfə olaraq troy unsiyası üçün 4900 dolları keçib.
"Unikal" xəbər verir ki, Nyu-York Comex birjasında fevral ayı qızıl fyuçerslərinin qiyməti əvvəlki bağlanışdan 59,51 dollar və ya 1,24% artaraq troy unsiyası üçün 4897,1 dollara çatıb.
Bir neçə dəqiqə əvvəl bu rəqəm tarixdə ilk dəfə olaraq 4900 dolları keçib.