EN

Ramil Əliyev vəzifəsindən azad olundu

ain.az, Demokrat.az saytına istinadən bildirir.

Külli miqdarda vergi borcu ilə üzləşən “Buta Elektroniks” MMC-nin qanuni təmsilçisi Ramil Əliyev vəzifəsindən azad olunub.Demokrat.az bildirir ki, iqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq qərar qəbul olunub.Digər qərarla şirkətə Anar Əsədullayev yeni qanuni təmsilçi təyin edilib.Qeyd edək ki, “Buta Elektroniks” MMC 2020-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Şirkətin uzun müddətdir dövlət qarşısında yığılmış vergi borcu mövcuddur. Hazırda isə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə yüksək məbləğdə - 291 646.74 manat vergi borcu vardır. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
47
3
demokrat.az

9Sources