EN

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət etdi

Fövqəladə Hallar Nazirliyi hazırda müşahidə olunan kəskin hava şəraiti ilə əlaqədar əhaliyə təkrar müraciət edib.

Bu barədə Publika.az-a nazirlikdən bildirilib.

Məlumata görə, hazırda ölkə ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında soyuq, kəskin və yağıntılı hava şəraiti müşahidə olunur.

Bununla əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə təkrar müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır.

"Belə ki, soyuq hava şəraiti qaz və elektrik qızdırıcı cihazlarından istifadənin xeyli artmasına səbəb olduğundan bu cihazlardan istifadə zamanı yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir. Nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qızdırıcı cihazlardan istifadə edilməməli, elektrik şəbəkəsi həddindən artıq yüklənməməli, işlək vəziyyətdə olan qızdırıcı cihazlar nəzarətsiz qoyulmamalıdır.

Chosen
111
9
publika.az

10Sources