Bakı, 20 yanvar, AZƏRTAC
İspaniyanın "Barselona" komandasının qarşıdan gələn yay üçün əsas transfer hədəfi məlum olub.
AZƏRTAC xəbər verir ki, Kataloniya klubu "Atletiko Madrid"in hücumçusu Xulian Alvaresi almaq istəyir.
"Barselona" yayda argentinalı hücumçunun transferini bitirməkdə israrlıdır.
Xulian Alvarez bu mövsüm paytaxt təmsilçisinin heyətində bütün turnirlərdə 27 oyunda iştirak edib, 11 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
"Transfermarkt" portalı oyunçunun dəyərini 100 milyon avro olaraq qiymətləndirir.