EN

Ərdoğanın oğlu Gəncədə Şəhidlər xiyabanını ziyarət edib - FOTO

Bilal Ərdoğan 20 Yanvar Hüzn Günündə Gəncədə Şəhidlər xiyabanında olub.

APA-nın yerli bürosunun məlumatına görə, Türkiyənin Prezidenti Rəcəb Tayyıb Ərdoğanın oğlu Bilal Ərdoğan Şəhidlər xiyabanında şəhidlərin məzarını ziyarət edib, şəhidlərin məzarına gül dəstələri qoyub.

Qeyd edək ki, anım tədbirində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, şəhid ailələri, qazilər, ziyalılar, polis əməkdaşları, prokurorluq əməkdaşları, millət vəkilləri və şəhər ziyalılar iştirak ediblər.

QMİ-nin Gəncə bölgəsi üzrə qazısı Hacı Tahir Abbasov Bilal Ərdoğana quran hədiyyə edib.

Ərdoğanın Ərdoğanın Ərdoğanın
Chosen
25
10
apa.az

10Sources