EN

Azərbaycan "Qəzza sülh Şurasına" üzv ola bilər



ABŞ prezidenti "Qəzza sülh şurasına" bir çox dövlətləri dəvət edir. Dəvət etməklə yanaşı, üzv olan ölkələr tərəfindən bir milyard dollar vəsait ayrılmalıdır. Göründüyü kimi, D. Tramp beynəlxalq bir platforma yaradır və özü sədr olaraq bir növ sülh təşəbbüskarı kimi özünü təqdim edir, həmçinin ABŞ beynəlxalq mövqelərini gücləndirir. Rusiya və Çin kimi ölkələr də bu şuraya dəvət alıb.

Newscenter.az xəbər verir ki, bunları siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib. O qeyd edib ki, D. Tramp Ermənistanı da sülh şurasına dəvət edib:

"N. Paşinyan təklifə müsbət cavab verib. D. Trampın Azərbaycanı da Sülh Şurasına dəvət etməsi istisna deyil. Davosda D. Trampın prezident İlham Əliyevlə görüşüb şəxsən dəvət etməsi mümkündür".

Məhəmməd Əsədullazadə qeyd edib ki, Azərbaycan Qəzzaya hərbiçi göndərməkdən imtina edib:

"Qəzza Sülh Şurasına üzv olmaq Azərbaycanla -ABŞ arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafına təkan verəcək. Azərbaycan ABŞ prezidentinin bu təklifinə "yox" deməz. ABŞ beynəlxalq oyun qaydalarını özü müəyyən etmək istiqamətində ardıcıl işlər aparır".

Süleyman
Chosen
104
1
newscenter.az

2Sources