EN

Lavrov: Qlobal səhnədə oyun “kim güclüdür, o da haqlıdır” prinsipi ilə gedir

Qlobal səhnədə əvvəlki qaydalar faktiki olaraq ləğv edilib.

 

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov illik mətbuat konfransında bildirib.

 

Onun sözlərinə görə, qlobal səhnədə oyun "kim güclüdür, o da haqlıdır" prinsipi ilə gedir.

 

Lavrov vurğulayıb ki, ABŞ Prezidenti Donald Trampın beynəlxalq davranış qaydalarını müstəqil şəkildə yazmaq siyasəti Avropa üçün ciddi bir şok olub.

 

Rusiya XİN başçısı 2026-cı ilin ilk həftələrinin "təəssürat yaratmaq üçün bütün rekordları qıracağını" qeyd edib. O, ABŞ-ın Venesuelaya hücumunu ən əhəmiyyətli hadisələrdən biri kimi qeyd edərək, bunu "kobud silahlı işğal" adlandırıb.

 

APA

Tarix: 20 Yanvar 2026, 12:41   
Chosen
112
7
pravda.az

9Sources