EN

"Beşiktaş"ın türkiyəli futbolçusu Portuqaliya klubuna keçir

Türkiyənin "Beşiktaş" klubunun futbolçusu Demir Ege Tıknaz Portuqaliya təmsilçisi "Braqa"ye keçir.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə "Beinsports" məlumat yayıb.

Tərəflər 21 yaşlı yarımmüdafiəçinin transferi ilə bağlı razılığa gəliblər.

Portuqaliya klubunun oyunçu ilə 5,5 illik müqavilə imzalayacağı gözlənilir. Qeyd edək ki, "Beşiktaş"ın yetirməsi olan Demir Ege Tıknaz əsas komandada 46 oyuna çıxıb, 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

"Cebheinfo.az"

Chosen
94
11
cebheinfo.az

10Sources