EN

Bakı metrosunda 20 Yanvar şəhidlərinin xatirəsi alınıb

Qanlı 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar şəhidlərin xatirəsi "Bakı Metropoliteni" QSC-də bir dəqiqlik sükutla anılıb.

Far.Az xəbər verir ki, saat 12:00-da xətlərdə bütün qatarlar tunellərdən stansiyalara çıxarılıb və sərnişinlərə sükut dəqiqəsini stansiyaların işçi və polis heyəti ilə birgə qeyd etməsi üçün şərait yaradılıb.

Qatarlardan bir dəqiqə ərzində fit verilib.

Chosen
140
9
far.az

10Sources