Bakı.Trend:
Hazırda Günəşdə baş verən M1.1 alışmaları hesabına aktivlikaşağı (R1) səviyyədədir. Günəş səthində aktiv oblastlar hesabına20-21 yanvar tarixlərində X sinif alışmaların olması ehtimalolunur.
Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizikakafedrasından Trend-ə verilən məlumata görə, baş verən alışmalarplanetlərarası zərbə dalğası yaradıb, planetlərarası maqnit sahəsibir neçə dəfə artıb. Yaranan Günəş küləyinin sürəti isə minimalolub.
Yanvarın 20-də Günəş küləyinin artması gözlənilir. Bunun 18yanvar tarixində Günəşdən ayrılan tac kültə atılması (TKA) hesabınaolduğu ehtimal olunur. TKA-nın təsiri yanvarın 21-22-də kəskinazalacaq, 22 yanvar tarixinin sonunda Günəş küləyi parametrlərinormal səviyyəyə gələcək.
Geomaqnit sahə yanvarın 20-də aktiv (G1-G2 mülayim orta) səviyyədəolacaq. Yanvarın 21-də geomaqnit sahə normallaşacaq, yanvarın22-dən stasionar hala gələcək. Yanvarın 20-də geomaqnitqasırğasının gücünü göstərən Kp əmsalı 5-7 (G1-G2), sonrakıtarixlərdə 4 və daha aşağı olacaq.