AZ

BDU-nun Astrofizika kafedrası: Geomaqnit qasırğası müşahidə olunur

Bakı, 20 yanvar, AZƏRTAC

Hazırda Günəşdə baş verən M1.1 alışmaları hesabına aktivlik aşağı (R1) səviyyədədir. Günəş səthində aktiv oblastlar hesabına yanvarın 20-21-də X sinif alışmaların olması ehtimal edilir.

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından AZƏRTAC-a verilən məlumata görə, baş verən alışmalar planetlərarası zərbə dalğası yaradıb, planetlərarası maqnit sahəsi bir neçə dəfə artıb. Yaranan Günəş küləyinin sürəti isə minimal olub.

Yanvarın 20-də Günəş küləyinin artması gözlənilir. Bunun yanvarın 18-də Günəşdən ayrılan tac kültə atılması hesabına olduğu ehtimal olunur.

Geomaqnit sahə yanvarın 20-də aktiv (G1-G2 mülayim orta) səviyyədə olacaq. Yanvarın 21-də geomaqnit sahə normallaşacaq, yanvarın 22-dən stasionar hala gələcək. Bu gün geomaqnit qasırğasının gücünü göstərən Kp əmsalı 5-7 (G1-G2), sonrakı tarixlərdə 4 və daha aşağı olacaq.

 

Seçilən
102
31
azertag.az

10Mənbələr