EN

Türkmənistanlı hücumçu durumu bəlli oldu – Berdiyev nə qərar verəcək?

Türkmənistanlı hücumçu Vaxıt Orazsaxedovun “Turan Tovuz”da baxışda olduğunu bildirmişdik. Təcrübəli forvard bir neçə gün Türkiyədə klubun düşərgəsində yer aldı.

Komanda ilə birgə məşq edən hücumçunun yetərli olmadığı bildirilir. Onun hazırkı durumu Premyer Liqa səviyyəsində deyil. 33 yaşlı forvardın komandanı gücləndirəcəyi inandırıcı görünmür. 

Ancaq futbolçu ilə bağlı yekun qərarı baş məşqçi Kurban Berdiyev verəcək. Təcrübəli çalışdırıcı həmyerlisini bəyənsə, onunla müqavilə bağlanacaq.

Ötən mövsümü ölkəsinin “Altın Asır” klubunda keçirən 33 yaşlı oyunçu hazırda klubsuzdur.

İdmanxeber.az 

Chosen
57
1
idmanxeber.az

2Sources