EN

Nəsimi Nəbizadənin iddialarına Qurtuluş un rəhbərindən cavab: Bizə deyirdi ki...

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

 

Xəbər verdiyimiz kimi, Əməkdar jurnalist Nəsimi Nəbizadə bir müddət əvvəl ayrıldığı “Qurtuluş” Reabilitasiya Mərkəzi barədə yayılan qalmaqallı məlumatlara münasibət bildirib. Mərkəzdə aparılan araşdırmalar və guya oradan qaçması iddialarına aydınlıq gətirən jurnalist qeyd edib ki, hazırda qurumla heç bir əlaqəsi yoxdur. N.Nəbizadə mərkəzdən qaçması ilə bağlı iddiaları təkzib edərək, orada əməkdaşlıq təklifi əsasında 4 ay qaldığını, layihə reallaşmadığı üçün ayrıldığını deyib. Jurnalist hazırda yeni iş təklifi aldığını da bildirib.

“Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanovla Globalinfo.az-a açıqlamasında deyib ki, jurnalist mərkəzə sanki yalnız reklam məqsədilə gətirildiyini göstərməyə çalışır:

“Nəsimi Nəbizadə reabilitasiyaya yerləşdiriləndə deyirdi ki, guya iki ildir narkotikdən uzaqdır. Lakin gördük ki, bu, həqiqətə uyğun deyil. Biz onu müalicə məqsədilə gətirmişdik. Nəsimi müəllim 34 il narkotik istifadə edib. İşlə təmin olunması ilə bağlı vədimiz olub, bəli, amma bu, yalnız sağaldıqdan sonra mümkün idi”.

C.Salmanov əlavə edib ki, N.Nəbizadə mərkəzdən ayrıldıqdan sonra onunla 2-3 dəfə əlaqə saxlayıb:

“Çıxdıqdan sonra görüşmək istədik, müalicəni davam etdirməyə razı salmaq olardı. Lakin əlaqə saxlamaq mümkün olmadı. Telefonu mərkəzdə qalmışdı, bacısının nömrəsi ilə zəng edib dedi ki, telefonunu qonşusuna göndərim. Mən də göndərdim. Sonra qohumunun nömrəsi ilə əlaqə saxlamışdı. Görüş təklif etdik, amma alınmadı. Dedi ki, qardaşı həbs olunduğu üçün başı qarışıqdır. Açıq deyim, insan özü müalicə olmaq istəmirsə, heç nə etmək mümkün deyil”.

C.Salmanov mərkəzdə insanların məcburi saxlanılması ilə bağlı iddiaları da əsassız adlandırıb:

“Biz burada heç kimi məcbur saxlamırıq. Müalicə olunmaq istəməyən şəxsləri özünün və doğmalarının ərizələri ilə yola salırıq”.

Müsahibimiz həmçinin “Qurtuluş” Reabilitasiya Mərkəzi barəsində başlanmış cinayət işinə də münasibət bildirib:

“Bəli, cinayət işi başlanıb. Nəsimi Nəbizadə burada olarkən prokurorluq əməkdaşları gəlmişdi, izahatlarımızı vermişik. Ombudsmana, deputatlara da demişəm ki, asılılıqdan əziyyət çəkən insan ani qərarlar verir. 5-10 dəqiqə sonra fikrini dəyişir. Biz müalicə olmaq istəyənlərlə işləyirik, istəməyənləri isə saxlamırıq. Müalicə alanları hətta şəhərə də aparmışıq. Burada heç bir məcburiyyət yoxdur, ola da bilməz”.

Zaira Akifqızı

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
87
1
globalinfo.az

2Sources