EN

BMT-nin baş katibi xəstələndi - Davosa səfəri təxirə düşdü

BMT-nin baş katibi Antonio Quterreş soyuqdəymə səbəbindən Dünya İqtisadi Forumunda (WEF) iştirak etmək üçün İsveçrənin Davos şəhərinə səfərini ləğv edib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə təşkilatın rəsmisi Rolando Qomes məlumat verib.

"Təəssüf ki, baş katib Davosda keçirilən forumun illik toplantısında iştirakını ləğv etmək məcburiyyətində qaldı. Onun şiddətli soyuqdəyməsi var", - deyə BMT rəsmisi bildirib.

Chosen
148
7
modern.az

8Sources