20 Yanvar faciəsindən otuz altı il keçir.
Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunmuş 20 Yanvar hadisələrindən otuz altı il keçir. Bununla əlaqədar respublikanın tədbirlər planına uyğun olaraq rayonda tədbirlər planı hazırlanmış, idarə müəssisə və təşkilatlarda anım tədbirləri keçirilmiş, sənədli və bədii filmlər nümayiş etdirilmiş, sərgi və güşələr, açıq dərslər təşkil edilmişdir.
Yanvarın 20-də Qax Şəhidlər Xiyabanında rayon rəhbərliyinin, hüquq-mühafizə orqanlarının, Yeni Azərbaycan Partiyası Qax Rayon Təşkilatının rəhbərlərinin, şəhid ailələrinin, qazilərin, idarə, müəssisə və təşkilat kollektivlərinin, rayon ictimaiyətinin nümayəndələrinin iştiraki ilə anım mərasimi keçirilmiş, 20 Yanvar faciəsi zamanı və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi yad edilmiş, dualar oxunmuşdur.
Saat 12.00-da rayon ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!










