“Bornmut” heyətini yeni futbolçu ilə gücləndirib.
İdmanxeber.az-ın məlumatına görə, Premyer Liqa klubu “Ferentsvaroş”dan Aleks Totu transfer edib. 20 yaşlı yarımmüdafiəçi ilə 5,5 illik müqavilə imzalanıb.
Bu keçid Macarıstan klubuna 12 milyon avro qazandırıb.
Tot bu mövsüm 25 oyunda 2 qol və 5 assistlə yadda qalıb.