EN

"Arsenal" "Real"ın gənc futbolçusunu hədəfə aldı

style='margin-bottom:10px;'>

"Arsenal" klubu "Real"ın gənc müdafiəçisini hədəfə alıb.

QOL.az xəbər verir ki, tanınmış insayder Fabritsio Romanonun məlumatına görə, "topçular" 19 yaşlı mərkəz müdafiəçisi Viktor Valdepenyası transfer siyahısına daxil edib. Bildirilir ki, London təmsilçisi ispaniyalı futbolçunu yaxın aylarda heyətinə qatmağa maraq göstərir.

Xatırladaq ki, Viktor Valdepenyas "kral klubu"nun əsas heyətində indiyədək cəmi bir oyun keçirib. Onun Madrid təmsilçisi ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.

Chosen
128
1
teleqraf.com

2Sources