EN

Torreira "Qalatasaray"dan gedir? -

"Qalatasaray"ın ulduz futbolçusu Lukas Torreira klubdan ayrılacağına dair iddialara münasibət bildirib. Uruqvaylı yarımmüdafiəçı bu gün keçirilən mətbuat konfransında sari-qırmızılı azarkeşlərin narahatlığına son qoyub. Metbuat.az xəbər verir ki, təcrübəli futbolçu atasının xəstə olması səbəbi ilə çətin günlər keçirdiyini deyib. Torreira sıxıntılı günlərdə onu tək qoymayan baş məşqçi Okan Buruka və komanda yoldaşlarına təşəkkür edib.
Futbolçu atasının səhhətinə görə son vaxtlar komandasına az fayda verdiyini etiraf edib: "Fikrim atamın yanında idi. Artıq o günlər arxada qalıb. İndi məni ancaq "Qalatasay"ın uğurları düşündürür. Sabah vacib oyunumuz var. "Atletiko Madrid"i məğlub etmək üçün əlimdən gələni əsirgəməyəcəm".

Uruqvaylı yarımmüdafiəçı İstanbul klubunu tərk edəcəyinə dair iddialara da münasibət bildirib: "Qalatasaray" mənim esqimdir. Üç il yarımdır doğma komandada oynayıram. Bu müddət ərzində çox kuboklar qaldırmışıq. "Qalatasaray"ı nə vaxt tərk edəcəyəmsə, bunu özüm açıqlayacam. İstanbulda çox xoşbəxtəm. Məni ancaq "Qalatasaray"ın uğurları düşündürür".

Chosen
43
metbuat.az

1Sources